Strasburqda məktəbdə BOMBA həyəcanı - şagirdlər təxliyyə edildi

12:43 - 19 May 2017 - DÜNYA

Fransanın şərqində Strasburqda səhər saatlarında məktəbdə şagirdlər təxliyyə edilib. Təxliyyə məktəbə partlayıcı qurğu yerləşdirilməsi barədə informasiya alındıqdan sonra aparılıb.
İnformasiyadan dərhal sonra təhsil müəssisəsində dərslər dayandırlıb, hazırda məktəbdən təxliyyə edilmiş uaşqlar ərazidən uzaqlaşdırılıb.
Qeyd olunur ki, həmin gün məktəbdə dərslərin yekunlaşması ilə bağlı tədbir keçiriləcəkmiş.trend

Xəbər xətti