Azərbaycan boks yığması İslamiadanın ən güclüsüdür

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında boksçuların mübarizəsi başa çatıb. Ucnoqta.az Apasport.az-a istinadən xəbər verir ki, 7 gün davam edən yarışın ən yaxşısı adını Azərbaycan millisi qazanıb. 10 çəki dərəcəsində qüvvəsini sınayan kişi boksçuların yarışında yığmamız 7 medala sahib olub. Hesabına 3 qızıl, 3 gümüş və 1 bürünc mükafat yazan komandamız bu göstəricidə hamını qabaqlayıb.
İslamiadanın ən yaxşısı adına yiyələnən millimiz həm ümumi medal sayında, həm də mükafatlarının əyarına görə rəqibləri üçün əlçatmaz olub. Boksçularımızın ən yaxın izləyici olan Özbəkistan Oyunları 2-ci pillədə bitirib. Yığmamızdan 2 medal geri qalan asiyalılar 5 dəfə fəxri kürsüyə qalxıblar. Bunlardan 3-ü qızıl medal olub.
Medal siyahısında Qazaxıstan 3-cüdü. Bu komanda Bakıdan 2 çempionluq və 3 “bürünc”lə ayrılır. Boks yarışlarında himni çalınan digər 2 ölkə isə Suriya ilə Türkmənistandı. Bakı-2017-də yalnız bu 5 ölkə çempionluq sevinci yaşayıb. Ümumilikdə isə 13 yığmanın üzvləri medal qazanmağı bacarıb.
Qeyd edək ki, boks yığmamızın heyətində Cavid Çələbiyev (60 kq), Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (+91 kq) birinci, Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq) ikinci, Tayfur Əliyev (56 kq) isə üçüncü yeri tutub.

Tarix
19 May [11:26]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Azad Rəhimov: "IV İslam Həmrəyliyi Oyunları Rio-de-Janeyro oyunlarından daha yüksək səviyyədə keçirildi"

"IV İslam Həmrəyliyi Oyunları Rio-de-Janeyro oyunlarından daha yüksək səviyyədə keçirildi"

Mayk Tayson Bakıya gələcək

Azad Rəhimov Mayk Taysonu Bakıya gətirmək üçün hansı fəndə əl atdı...

Azərbaycan yığması IV İslam Həmrəyliyi Oyunlarının qalibidir

Bakı-2017: Azərbaycanın qadın güləşçisi qızıl medal qazanıb

Bakı-2017: Mariya Stadnik qələbə ilə başladı

Bakı-2017: Azərbaycan daha bir qızıl qazandı

Bakı - 2017: Azərbaycan İslamiadada 60-cı qızıl medalını qazandı

Prezident əsəbiləşdi rinqə çıxdı, naziri “nakaut” etdi – VİDEO

Prezident əsəbiləşdi rinqə çıxdı, naziri “nakaut” etdi

1 milyona yaxın qazanan Ruslan Almaniyaya getdi

1 milyona yaxın qazanan Ruslan Almaniyaya getdi

"Qızımın cüdoçu olmasına icazə vermərəm" - Baş leytenant Qasımova

"Qızımın cüdoçu olmasına icazə vermərəm"
Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.