İmişlidə avtomobil kanala düşüb, sürücü ölüb

11:18 - 19 May 2017 - HADİSƏ

İmişlidə 31 yaşlı sürücü qəzada ölüb. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə İmişli rayonunun Aranlı kəndində qeydə alınıb.
İmişli rayonunun Aranlı kənd sakini, 1986-cı il təvəllüdlü Həsənov Məzahir Səhliyalı oğlu idarə etdiyi "VAZ 2106" markalı avtomobil idarəetmədən çıxaraq kanala aşıb.
Sürücü hadisə yerində ölüb.
Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər xətti