İslam sülh, anlaşma, mədəniyyət, elm, bilik dinidir

18:13 - 18 May 2017 - KİVDF

Azərbaycanda müsəlman kimliyi və dünyəvilik arasında heç bir ziddiyyət yoxdur

Azərbaycan həm müsəlman ölkələri arasında dialoqa, həm də İslam dünyasının Qərb ilə dialoquna töhfə verən və müxtəlif mədəniyyət və dinlərin nümayəndələrinin dinc yanaşı yaşamasını təmin edən müsbət multikulturalizm nümunəsi olduğu ölkədir. Bu barədə İtaliyanın "Notizie Geopolitiche" portalında yayımlanan "Azərbaycan. İslam Həmrəyliyi Oyunları. Multikulturalizmin gücü" məqaləsində bildirilir. Məqalədə “Azərbaycanın Mərkəzi Cənubi İtaliyada dostları” assosiasiyasının siyasi analitiki Fortunato Materazzonun fikirlərinə istinadə bildirilir ki, əhalisinin böyük əksəriyyəti müsəlman olan ölkəmizdə müxtəlif etnik və dini azlıqlar dinc yanaşı yaşayırlar və dövlət onlara bərabər hüquqlar təmin edir. Paytaxt Bakıda beş məscid, üç sinaqoq, bir katolik və bir protestant kilsəsinin mövcudluğuna diqqəti çəkən müəllif Azərbaycanın dini tolerantliq sahəsində də dünyaya nümunə olduğunu diqqətə çatdırır.
İndoneziyanın Bakıdakı səfirliyinin birinci katibi Angela Soevono isə deyib ki, İslamiada sayəsində beynəlxalq ictimaiyyət Azərbaycan barədə daha çox biləcək. Bu yarışlar həmçinin, Azərbaycanın iqtisadi və turizm potensialının inkişafına da müsbət təsir göstərəcək və onun tolerant bir ölkə oldyğunu dünyaya döstərəcək.
Səudiyyə Ərəbistanı Olimpiya Komitəsinin vitse-prezidenti, şahzadə Əbdülhəkim bin Müsaid Al Səud  qeyd edib ki, Səudiyyə Ərəbistanı Krallığı IV İslam Həmrəyliyi Oyunlarında 200 nəfərdən ibarət böyük nümayəndə heyəti ilə təmsil olunur. IV İslam Həmrəyliyi Oyunlarını çox yüksək səviyyədə təşkil etdiyini söyləyən Şahzadə İslam həmrəyliyinə böyük töhfə verən bu addıma görə ölkəmizə minnətdarlığını bildirib. O deyib ki, Oyunlarda əsas məqsəd müsəlman xalqları arasında həmrəyliyin və yaxınlığın əldə edilməsidir. Ona görə də bu Oyunlar İslam həmrəyliyini müxtəlif sahələrdə olduğu kimi, idman sahəsində də gücləndirəcək. Prezident İlham Əliyevin İslam Oyunlarının keçirildiyi bu ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsini dövlət başçısının bu məsələyə göstərdiyi diqqəti əks etdirdiyini deyən Əbdülhəkim bin Müsaid Al Səud bunun təqdirəlayiq təşəbbüs olduğunu vurğulayıb. Azərbaycan Prezidentinin bu təşəbbüsünün İslam ölkələrinin birliyində mühüm rol oynayacağını bildirən Səudiyyə Ərəbistanı Olimpiya Komitəsinin vitse-prezidenti bu Oyunların müsəlman ölkələri arasında qardaşlıq tellərinin gücləndirilməsinə böyük töhfə verəcəyini vurğulayıb.
Milli Məclisin deputatı Fuad Muradov da İslam oyunları ilə bağlı danışarkən bildirdi ki, Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkə, Şərqlə Qərb, Qərblə İslam dünyası arasında bir körpüdür. Bu tarixən belə olub, bu gün də belədir. Ölkəmizdə bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşmış, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb. O bildirib ki, bu oyunlar Azərbaycanın nüfuzunun göstəriçisisdir. Deputat qeyd edib ki, Azərbaycana gələn qonaqlar  ölkəmizdəki tolerantlığı görüb onu yüksək qiymətləndirirlər. "Azərbaycanın bu sahədəki nadir təcrübəsi  xüsusilə son illərdə beynəlxalq müstəvidə yüksək qiymətləndirilmiş və tanınmışdır. Millət vəkili bildirib ki, son illər Azərbaycan yalnız İslam Oyunlarına deyil, bir çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməkdədir. "Bu baxımdan,  IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da öz miqyasına görə beynəlxalq müstəvidə böyük nüfuza malikdir. Ümumiyyətlə, bu gün dünyanın müxtəlif yerlərində siyasi, dini, etnik zəmində müharibələrin çoxalması mədəniyyətlər və sivilizasiyalararası dialoqun təşviqi və inkişafı məsələsinin zəruriliyini daha da aktuallaşdırır. Belə bir şəraitdə mədəniyyətlər və sivilizasiyalararası dialoq məsələsinin aktiv müzakirə predmetinə çevrilməsi bir zərurətdir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər bu baxımdan müstəsna əhəmiyyət kəsb edir".  Onun sözlərinə görə, bu tədbirlər beynəlxalq aləmdə sülh və əmin-amanlığın möhkəmlənməsinə, istər etnik-mədəni, istərsə də dini-siyasi sferada konstruktiv ideyaların reallaşması və yayılması prosesinə öz töhfəsini verəcək. Deputat qeyd edib ki, ölkədə tolerantlığı, dini dözümlülüyü möhkəmləndirmək məqsədilə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığı ilə bağlı qanunvericilik beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb. 
Qeyd edək ki, Azərbaycanın uğurlarına bəzən kölgə salmaq istəyənlər də olur. Məsələn, “eurasianet.org” portalında çap olunan məqalə bunu deməyə əsas verir. J.Kuçeranın məqaləsində Azərbaycanda mövcud olan dini vəziyyət, ölkəmizin dünyəvilik ənənələri və İslam Oyunları ilə əlaqədar məsələlər təhrif olunub. Bundan başqa, müəllif guya ölkəmizdə məscidlərin dağıdıldığını iddia edib. XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin "eurasianet.org"da yayımlana cavab məqaləsində  J.Küçeranın məqaləsində ölkəmizdə dini vəziyyətin düzgün əks olunmadığını qeyd edib və müəllifin yanlış olaraq müsəlman mənsubiyyəti və dünyəvilik anlayışlarını, ölkəmizdəki dini azadlıq və radikalizmə qarşı mübarizəni bir-birinə zidd kontekstdə təqdim etmədiyi bildirilib: "Əsrlər boyu Azərbaycanda müsəlmanlar, xristianlar və yəhudilər sülh şəraitində və şərəflə yanaşı yaşayıblar və bu, Azərbaycan cəmiyyətinin xarakterik xüsusiyyəti və xalqımızın həyat tərzidir". H.Hacıyev Sovet İttifaqı zamanı ölkəmizdə 17 məscid olduğu halda, 2017-ci ilin əvvəlində ölkədə olan məscidlərin sayının 2166 çatdığını, Cənubi Qafqazın ən böyük Sinaqoqunun Azərbaycanda tikildiyini deyib. Roma Papası Fransisin Azərbaycana səfəri zamanı ölkəmizi dinlər və sivilizasiyalar arasında körpü adlandırdığını qeyd edib. Müəllifin əsassız iddiasına cavab olaraq, H.Hacıyev Azərbaycanda müsəlman kimliyi və dünyəvilik arasında heç bir ziddiyyətin olmadığını yazaraq, dünyəviliyin Azərbaycanda yalnız konstitusional norma deyil, həyat tərzi olduğunu diqqətə çatdırıb. O əlavə edib ki, Azərbaycanda dünyəvilik dini dəyərlərə dərin hörmətlə müşayiət olunur və Azərbaycanda dünyəviliyi başa düşmək üçün XİX əsrin sonu XX əsrin əvvəli Azərbaycan mütəfəkkirləri və yazıçılarının əsərlərini oxumaq lazımdır. Radikalizm və ekstremizin bütün dünya, o cümlədən İslam ölkələri üçün ciddi narahatlıq doğuran məsələ olduğunu yazan H.Hacıyev bu kimi ideologiyaların Azərbaycandan da uzaq olmadığını qeyd edib. O, bu qəbildən olan ideologiyaların diqqətdən kənar saxlandığı halda terrorizm üçün münbit şərait yaratdığını yazaraq müəllifin yanlış şəkildə Azərbaycanın radikalizm və terrorizmə qarşı mübarizəsini dini azadlıqların pozulması kimi təqdim etdiyini vurğulayıb. Əlavə edib ki, Azərbaycanda tam şəkildə bütün dini azadlıqlar təmin olunub. XİN rəsmisi Azərbaycanın uğurlu milli təcrübəsindən çıxış edərək İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməklə radikal ideologiyaların kənarlaşdırılması, məzhəb ayrı-seçkiliyinə son qoyulması və İslam ölkələri gəncləri arasında idmanın kütləviləşdirilməsinə töhfə verdiyini yazıb. Bunun həmçinin artmaqda olan İslamafobiya meyllərinə qarşı effektiv vasitə olduğunu bildirərək İslam Oyunlarının təntənəli açılış mərasiminin İslamın sülh, anlaşma, mədəniyyət, elm, bilik dini olduğunu nümayiş etdirdiyini vurğulayıb.
 

 

Xəbər xətti