Facebook 120 milyon dollar məbləğində cərimələndi

Avropa Komissiyası “Facebook” sosial şəbəkəsini 120 milyon dollar məbləğində cərimələyib. Buna səbəb şirkətin “WhatsApp” mesajlaşma xidmətini satın alan zaman yalan məlumat verməsi olub. “Bugünkü qərar şirkətlərə onların doğru məlumat təmin etmək öhdəliyi də daxil olmaqla Aİ-nin birləşmə ilə bağlı bütün qaydalarına riayət etməli olduğuna aydın siqnaldır. Komissiya dəqiq faktları bilməklə rəqabəti nəzərə alaraq birləşmənin nəticələri haqqında qərar qəbul etməlidir”, - Aİ-nin rəqabət üzrə komissarı Marqret Vestagerin bəyanatında deyilir. Xatırladaq ki, Aİ tənzimləyiciləri 2014-cü ilin sonunda sosial şəbəkələr sektorunda rəqabət üçün heç bir təhlükə görmədiyindən “WhatsApp”ın satın alınmasına icazə verib. Avropa Komissiyasının bəyanatında qeyd edilib ki, “Facebook” alışla bağlı tənzimləyiciləri xəbərdar edən zaman iki servisin istifadəçilərinin hesablarını bir-birinə bağlayan etibarlı avtomatlaşdırılmış sistem olmadığını bildiribmiş. Amma 2016-cı ilin avqust ayında “WhatsApp” servisdən istifadə şərtləri və konfidensiallıq siyasətinin yenilənməsini elan edərkən ora “WhatsApp” istifadəçilərinin nömrələrinin “Facebook” hesabları ilə birləşdirmək imkanını da əlavə edib. Keçən il istintaqa başlayan Komissiya şirkətin yalan məlumatlar təqdim etdiyini, "Facebook" hesabları ilə "WhatsApp" nömrələri arasında əlaqənin texniki cəhətdən hələ 2014-cü ildə mümükün olduğunu aşkar edib.(report)

Tarix
18 May [14:44]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Odlar Yurdu Universiteti ərəb ölkələrindən tələbə qəbulu ilə bağlı protokollar imzaladı

Odlar Yurdu Universiteti ərəb ölkələrindən tələbə qəbulu ilə bağlı protokollar imzaladı

Zolaqlardan istifadə etmiş 1319 sürücü cərimələnib

Bu zolaqlara yalnız oyunlar üçün nəzərdə tutulmuş nəqliyyat vasitələri buraxılıb və 24 saat ərzində zolaqlara nəzarət edilib

ETSN rəhbərliyi və kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

MN: Ermənilər atəşkəs rejimini 115 dəfə pozub

Bu gün Bakı və Sumqayıtda 11-cilər imtahan verəcək

İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Azərbaycana təşəkkür edib

Mehriban Əliyeva: "Ən böyük qələbə İslam aləminin birliyinin təntənəsidir"

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilir

Yəməndə vəba xəstəliyindən ölənlərin sayı 300-ü keçib

Yəməndə vəba xəstəliyindən ölənlərin sayı 300-ü keçib

Bakı şəhər prokuroruna mətbuat üzrə köməkçi təyin edildi

Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə
Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.