Olimpiya çempionumuz bir il müddətinə bütün yarışlardan kənarlaşdırılıb

 Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov bir il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Əsgərovun adı Dünya Güləş Birliyinin antidopinq qaydalarını pozduqları üçün cəzalandırılan idmançılar siyahısına düşüb.
Yarışlardan kənarda götürülmüş dopinq-test nəticəsində onun orqanizmindən higenamin preparatı tapılıb. Bu preparatın ABŞ və Avropa Birliyi ölkələrində istifadəsi qanuni sayılır. Çəkini qorumaq məqsədilə istifadə olunan dərman vasitəsi bu ildən Ümumdünya Antidopinq Agentliyi tərəfindən qadağan olunub. Onun Əsgərovdan nə vaxt və hansı şəraitdə tapıldığı barədə məlumat verilmir. Yalnız o məlumdur ki, 25 yaşlı idmançı 17 aprel 2018-ci ilədək diskvalifikasiya olunub. Bu səbəbdən, Əsgərov "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək güləşçilər arasında yer almayacaq.

Siyahıya Azərbaycanın daha 3 güləşçisi də düşüb. Yeniyetmələr arasında dünya çempionatında orqanizmindən furosemid aşkarlanan Fail İsgəndərov 2 il - 9 noyabr 2018-ci ilədək, gənclər arasında dünya çempionatında stanozolol metabolites tapılan Zubair Dibilov 4 oktyabr 2020-ci ilədək, 2015-ci il yeniyetmələrin Avropa çempionatında dopinq-testdən imtina edən Turxan Qurbanov 27 avqust 2019-cu ilədək bütün yarışlardan kənarda qalacaq.
Qeyd edək ki, Toğrul Əsgərov 2012-ci il London Yay Olimpiya Oyunlarında 60 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, həmin il Avropa çempionu, 2015-ci ildə isə Bakıda keçirilmiş I Avropa Oyunlarının qalibi olub.    

Tarix
18 May [11:46]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Azad Rəhimov: "IV İslam Həmrəyliyi Oyunları Rio-de-Janeyro oyunlarından daha yüksək səviyyədə keçirildi"

"IV İslam Həmrəyliyi Oyunları Rio-de-Janeyro oyunlarından daha yüksək səviyyədə keçirildi"

Mayk Tayson Bakıya gələcək

Azad Rəhimov Mayk Taysonu Bakıya gətirmək üçün hansı fəndə əl atdı...

Azərbaycan yığması IV İslam Həmrəyliyi Oyunlarının qalibidir

Bakı-2017: Azərbaycanın qadın güləşçisi qızıl medal qazanıb

Bakı-2017: Mariya Stadnik qələbə ilə başladı

Bakı-2017: Azərbaycan daha bir qızıl qazandı

Bakı - 2017: Azərbaycan İslamiadada 60-cı qızıl medalını qazandı

Prezident əsəbiləşdi rinqə çıxdı, naziri “nakaut” etdi – VİDEO

Prezident əsəbiləşdi rinqə çıxdı, naziri “nakaut” etdi

1 milyona yaxın qazanan Ruslan Almaniyaya getdi

1 milyona yaxın qazanan Ruslan Almaniyaya getdi

"Qızımın cüdoçu olmasına icazə vermərəm" - Baş leytenant Qasımova

"Qızımın cüdoçu olmasına icazə vermərəm"
Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.