Bərdədə zəncirvari qəzada 5 nəfər ağır yaralanıb - SİYAHI

11:12 - 18 May 2017 - HADİSƏ

Bərdə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Qaradəmirçi kəndi ərazisində qeydə alınıb.
Belə ki, yük avtomobili ilə iki minik maşının toqquşması nəticəsində beş nəfər ağır bədən xəsarətləri alıb.

Yaralılar:
İlham Quliyev;
Elqəm Hüseynov;
Səxavət Quliyev;
Ramiz Quliyev;
Elsevər Hüseynov. 
Xəsarət alanlar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, yaralıların beşinin də  vəziyyəti ağırdır: "Yaralılara ilkin tibbi yardım göstərilib və Travmatologiya şöbəsinə yerləşdirilib". 
Faktla bağlı araşdırmalara başlanılıb.report

Xəbər xətti