Ana səhifə
20 Noyabr 2018

Hərbçilərimizin voleybol çempionatı başlayıb

Noyabrın 18-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin idman zalında Silahlı Qüvvələrin voleybol üzrə birinciliyinə start verilib.
 

 

Ucnoqta.az xəbər verir ki, turnirdə müxtəlif qoşun növlərini, ayrı-ayrı hərbi hissə və tədris müəssisələrini təmsil edən 13 komanda medallar uğrunda mübarizə aparırlar.
Yarışları beynəlxalq dərəcəli hakim Eldar Əliyevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.
Təntənəli açılış mərasimində çıxış edən Müdafiə Nazirliyi fiziki hazırlıq və idman bölməsinin rəisi polkovnik-leytenant Sadiq Paşayev Müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından yarış iştirakçılarına uğurlar arzulayıb və daha güclülərin qalib gəlməsini diləyib.
Mərasimdə Müdafiə Nazirliyinin fiziki hazırlıq və idman bölməsinin keçmiş rəisi, avtomobil qəzasında dünyasını dəyişmiş polkovnik-leytenant Eldar Məmmədovun xatirəsi ehtiramla anıldı və mərhumun oğluna hədiyyə təqdim olundu.
Silahlı Qüvvələrin voleybol üzrə birinciliyi noyabrın 22-dək davam edəcəkdir. Turnirin qaliblərinə medallar, fəxri fərman və diplomlar təqdim olunacaqdır.

 

Bəhruz

Tarix
18 Noyabr 2014 [17:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin