Azərbaycanda din-dövlət münasibətləri ölkənin milli maraqlarına uyğun tənzimlənir

18:14 - 17 May 2017 - KİVDF

Dini və dünyəvi dünyagörüşünün uzlaşdığı müasir Azərbaycan cəmiyəti formalaşıb


Azərbaycanda əsrlərdən bəri tolerantlıq hakimdir, müxtəlif etnik, dini mənsubiyyətə malik olan toplumların mehriban birgəyaşayışı mövcuddur. Əsas səbəblərindən biri odur ki, Azərbaycan tarixən dini və dünyəvi dəyərlərin uzlaşdığı, fərqli mədəniyyətlərin bir arada yaşadığı və inkişaf etdiyi, sivilizasiyaların qovuşduğu bir məkandır. «Uzun əsrlər boyu Azərbaycan xalqı özünün milli, dini mənəvi dəyərlərinə bağlılığını qoruyub saxlayıb, eyni zamanda, başqa dinlərin və etnik qrupların nümayəndələri ilə tolerant, mehriban birgəyaşayış mühitində sahib olduğu yüksək mənəvi keyfiyyətlərini inkişaf etdirib. Nəticədə, dini, mədəni plüralizmin mövcud olduğu, dini və dünyəvi dünyagörüşünün uzlaşdığı müasir Azərbaycan cəmiyəti formalaşıb. Bütövlükdə, Azərbaycan dövlətinin hüquqi əsasları, müxtəlif sahələr üzrə qəbul olunan qərarlar dünyəvi xarakter daşıyır. Bununla belə, Azərbaycan dünyəvi dövlət üçün ən münasib seçim hesab olunan müsbət dünyəvilik və ya pozitiv sekulyarizm modelini təcrübədə tətbiq edən ölkələrdən biridir. Bu o deməkdir ki, dövlət din sahəsinə qayğı və dəstək göstərir və bu siyasət tolerantlıq və multikulturalizmin tərkib hissəsi kimi həyata keçirilir». Bunu Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.
Onun sözlərinə görə, Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edib. «Hazırda dünyanın bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində fərqli mədəniyyətlərin toqquşmasının nəticəsində xoşagəlməz tendensiyalar meydana çıxır. İslamofobiya, irqçilik, ksenofobiya kimi təhlükəli meyillərin bəzən süni şəkildə alovlandırılması bu cür toqquşmaları daha da dərinləşdirir, nəticədə, insan haqlarının pozulması halları artır, sosial sabitlik pozulur. Azərbaycanda isə əsrlərdən gələn multikulturalizm, dözümlülük və qarşılıqlı hörmət mühitində sabitlik, təhlükəsizlik, insan haqlarının müdafiəsi təmin edilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında Azərbaycan Prezidentinin 2014-cü il mayın 15-də imzaladığı Fərman ölkəmizin multikulturalizm dəyərlərinin və təcrübəsinin dünyada təbliği istiqamətində atılan mühüm addımdır. Bütün bunlar digər ölkələr üçün də ola bilər".
Kamilə Əliyeva  bildirib ki, Azərbaycanda din-dövlət münasibətləri ölkənin milli maraqlarına uyğun tənzimlənir. Onun sözlərinə görə, bu gün ölkəmiz dini-mənəvi dəyərlərin mühafizə edildiyi və vətəndaşlara konstitusion əsasda özlərinin vicdan və etiqad azadlıqlarından istifadə etməyə əlverişli şəraitin yaradıldığı ölkələr sırasında yer almaqdadır.
Ümumiyyətlə. mədəni mübadilə və qarşılıqlı zənginləşmə, xalqların sosial-mədəni inkişaf təcrübəsini, dünya mədəniyyətinin tarixi qanunauyğunluqlarını bilmə və yaradıcı şəkildə istifadə etmə qloballaşma şəraitində Azərbaycanın davamlı, rəqabət qabiliyyətli və təhlükəsiz inkişafı üçün mühüm nəzəri və praktik əhəmiyyət kəsb edir.  Tolerantlıq, multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir. Digər mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini, tarixini və nailiyyətlərini öyrənmədən, onlara qarşı tolerant münasibət, onların nümayəndələrinə hörmət, qarşılıqlı anlaşma, mədəniyyətlərin və sivilizasiyaların dialoqonu qurmaq mümkün deyil. Azərbaycanda buna önəm verilir. Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin mühüm əsaslarından biri olaraq qalır. Bu baxımdan Azərbaycan unikal dünyəvi ölkə, islam dünyasının yüksək iqtisadi sürətlə inkişaf edən, Qərb praqmatizminin Şərq qonaqpərvərliyi və ənənələri ilə sıx çulğalaşdığı inkişaf mayakıdır. Azərbaycan bir çox dinlərin və xalqların nümayəndələrinin vətəni olub və olacaq. Qədim Azərbaycan torpağında yəhudilik və islam, atəşpərəstlik və xristianlıq mövcud olub. Elə bu günün özündə bu torpaq tolerantlığa və dini dözümlülüyə misli görünməmiş cəhdlər göstərir. Ölkənin yəhudi icmasına səmimi qardaşlıq münasibəti Azərbaycan tolerantlığının parlaq nümunəsidir. Azərbaycanda heç vaxt antisemitizmin olmayıb və müxtəlif millətlərin nümayəndələri heç vaxt özlərini əcnəbi hiss etməyiblər. "Azərbaycan bir sıra dinlərin və xalqların nümayəndələrinin vətəni olub və bu gün də belədir. Qədim Azərbaycan torpağında iudaizm və islam, atəşpərəstlik və xristianlıq yanaşı mövcud olub. , “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut deyib: “Bu diyar bu gün də dini dözümlülüyə hədsiz səy göstərməkdə davam edir. Ölkənin yəhudi icmasının nümayəndələrinə qardaşcasına səmimi münasibət buna parlaq nümunədir. Yəhudilər burada heç vaxt özlərini əcnəbi kimi hiss etməyiblər, Azərbaycanda heç vaxt antisemitizm olmayıb”. 
Onun sözlərinə görə, Azərbaycandakı yəhudi icması ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir. Tarix göstərir ki, azərbaycanlılar heç vaxt yəhudilərə, yəhudilər də  azərbaycanlılara xəyanət etməyiblər.  Azərbaycan rəhbərliyi həmişə ölkənin yəhudi icmasına dünyada presedenti olmayan qayğıkeş və səmimi münasibət göstərir. Prezidentin himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük Yəhudi Təhsil Mərkəzi tikilib. Əgər kimdəsə əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan kimi ölkənin İsraillə yüksək səviyyədə dialoq, əməkdaşlıq və tərəfdaşlığı necə qurmasına dair sual yaransa, o zaman yəhudilərin məşhur Qırmızı Qəsəbəsinə baxmaq kifayət edər. Qırmızı Qəsəbə dünyada yəhudilərin yığcam yaşadığı yeganə unikal yerdir, Qırmızı Qəsəbə həqiqətən Azərbaycan fəxridir.  Qırmızı Qəsəbə Azərbaycanda dini konfessiyaların - müsəlmanlarla yəhudilərin sıx əməkdaşlığının və tərəfdaşlığının nəticəsidir. Bu gün müxtəlif dinlərə məxsus insanların dinc yanaşı yaşaya və bir birinə hörmət edə bilməsinin real və həqiqi nümunəsi var. 
İsrail Dövləti də Azərbaycan rəhbərliyinin və şəxsən Azərbaycan Prezidentinin yəhudilərə dünyada nümunəsi olmayan səmimi və bənzərsiz münasibətini yüksək qiymətləndirir. Azərbaycan əslində islam dünyasının bir çox ölkələrinə həqiqi bir örnək, bir növ tərəqqi və inkişaf mayakı ola bilər.
“ACCESS” şirkətinin direktoru Aleksis Hillari Frankel isə öz növbəsində Azərbaycandakı qonaqpərvərlikdən və tolerantlıqdan məmnunluğunu ifadə edib. O bildirib: “Hazırda bütün dünyada, hətta Avropa və Amerikada yəhudlərə qarşı ikili standartlar siyasətinin davam etdiyi bir vaxtda müsəlman ölkəsi olan Azərbaycanda yəhudilərə göstərilən xoş münasibət təqdirəlayiqdir”. A.H.Frankel azərbaycanlılarla yəhudilər arasında dostluq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu deyib: “Yəhudi icması ilə görüşdə bizə dedilər ki, Azərbaycandan İsrailə köçən bəzi yəhudilər geri qayıdır. Bu o deməkdir ki, onlar burda özlərini çox rahat hiss edirlər.” 
A.H.Frankel dünyada ikili standartlara məruz qalmış xalqın nümayəndələri kimi Azərbaycanın hazırda üzləşdiyi vəziyyəti çox yaxşı anladığı bildirib. O, bu yanaşmada ikili mövqenin aradan qaldırılması məqsədilə təşkilatla ölkəmiz arasında əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. 

 

Xəbər xətti