Ana səhifə
20 Noyabr 2018

Xaricdə Firəngiz Əlizadənin müəllif-konsertləri təşkil olunub

Ucnoqta.az xəbər verir ki, noyabrın 7-8-9-da Avstriyanın Zalsburq şəhərində «West-Östliche Mozaik» Beynəlxalq Musiqi Festivalında Avstriyanın məşhur «ÖENM» ansambılnın iştirakı ilə xalq artisti Firəngiz Əlizadənin müəllif-konsertləri təşkil olunub. Konsertlərdə Firəngiz xanımın müxtəlif tərkibli vokal və kamera-instrumental əsərləri ifa edilib. Noyabrın 15-də Almaniyanın Auqsburq şəhərində möhtəşəm «Qızıl Salon»da F. Əlizadənin klarnet və violençel üçün «Duo of accordanse» (İkili vəhdət) adlı yeni əsərinin premyerası baş tutub. Bu əsər görkəmli alman violençel ifaçısı professor Yulius Bergerin 60 illiynə həsr edilib. Yubiley tədbirində Y. Berger və koreyalı klarnet ifaçısı Hyun Yunqun təqdim etdiyi əsər dinləyicilərin sürəkli alqışları ilə qarşılanıb.

Qeyd edək ki, bəstəkarın «Oazis» simli-kvartetinin dekabrın 2-də ABŞ-ın Nyu-York şəhərində məşhur «Lincoln Center»də ifa olunacaq.
Xatırladaq ki, 1999-ci ildə bəstələnən və ilk dəfə olaraq İrlandiyanın paytaxtı Qlazqo şəhərində səsləndirilmiş “Oazis” əsəri San-Fransiskonun “Kronos” kvartetinin (ABŞ) sifarişi ilə yazılıb və dünyanın müxtəlif ölkələrinin məşhur salonlarında uğurla ifa olunub.

Tarix
18 Noyabr 2014 [17:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin