Prezident "WorldFood Azerbaijan" və “CaspianAgro 2017” sərgiləri ilə tanış olub

Prezident İlham Əliyev bu gün Bakıda keçirilən 23-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi ("WorldFood Azerbaijan 2017") və 11-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("CaspianAgro 2017") sərgiləri ilə tanış olub. Kənd təsərrüfatı naziri Heydər Əsədov ölkə başçısına sərgilər barədə ətraflı məlumat verib.
Qeyd edək ki, keçirildiyi illər ərzində hər iki sərgi özünü mütəxəssislər arasında ənənəvi görüş yeri, habelə qida sənayesi üzrə avadanlıq, məhsul və xidmətlərin nümayiş olunduğu, eləcə də müştərilər tapmaq, biznes tərəfdaşları ilə mövcud əlaqələri möhkəmləndirmək və yeni satış bazarlarına çıxmaq üçün imkanların yaradıldığı etibarlı platforma kimi doğrultmağa müvəffəq olub. Uzun illərdir Kənd Təsərrüfatı Nazirliyi “WorldFood Azerbaijan” və “CaspianAgro” sərgilərinə yaxından dəstək göstərir. Bu il ilk dəfə olaraq “CaspianAgro” sərgisi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən dəstəklənir. Sərgilər həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir. Sərgilərin təşkilatçısı qismində “Iteca Caspian” və “CEO” (“Caspian Event Organisers”) şirkətləri çıxış edirlər.
Bu il “WorldFood Azerbaijan” və “CaspianAgro” sərgilərində dünyanın 28 ölkəsini təmsil edən 331 şirkət iştirak edir və bu şirkətlərin 70%-i xarici eksponentlər, 30%-i isə yerli iştirakçılardır.
Sərgilər Bakı Ekspo Mərkəzinin iki zalını və xarici meydançasını əhatə edir.Apa

Tarix
17 May [14:28]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Odlar Yurdu Universiteti ərəb ölkələrindən tələbə qəbulu ilə bağlı protokollar imzaladı

Odlar Yurdu Universiteti ərəb ölkələrindən tələbə qəbulu ilə bağlı protokollar imzaladı

Zolaqlardan istifadə etmiş 1319 sürücü cərimələnib

Bu zolaqlara yalnız oyunlar üçün nəzərdə tutulmuş nəqliyyat vasitələri buraxılıb və 24 saat ərzində zolaqlara nəzarət edilib

ETSN rəhbərliyi və kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

MN: Ermənilər atəşkəs rejimini 115 dəfə pozub

Bu gün Bakı və Sumqayıtda 11-cilər imtahan verəcək

İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Azərbaycana təşəkkür edib

Mehriban Əliyeva: "Ən böyük qələbə İslam aləminin birliyinin təntənəsidir"

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilir

Yəməndə vəba xəstəliyindən ölənlərin sayı 300-ü keçib

Yəməndə vəba xəstəliyindən ölənlərin sayı 300-ü keçib

Bakı şəhər prokuroruna mətbuat üzrə köməkçi təyin edildi

Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə
Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.