Azərbaycan əhalisinin sayı açıqlanıb

12:56 - 17 May 2017 - ÖLKƏ İÇİ

Azərbaycanda əhalinin sayı açıqlanlb.  Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 13686 nəfər və yaxud 0,1 faiz artaraq 2017-ci il mart ayının 1-i vəziyyətinə 9823667 nəfərə çatıb. Əhalinin ümumi sayının 53,0 faizi şəhər, 47,0 faizi isə kənd sakinlərinin, 49,9 faizi kişilərin, 50,1 faizi isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə orta hesabla 1006 qadın düşür.

 

Xəbər xətti