Ağdam istiqamətində mövqelərimiz və yaşayış məntəqələrimiz atəşə tutulub

Mayın 16-da axşam saatlarından başlayaraq gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Ağdam istiqamətində mövqelərimizi və müdafiəmizin dərinliyində yaşayış məntəqələrimizi müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, eyni zamanda düşmən tərəfindən tətbiq edilən döyüş pilotsuz uçuş aparatlarının keyfiyyəti aşağı olduğundan onların istifadəsi nəticəsində heç bir zərər dəyməyib.
Dərhal görülmüş cavab tədbirləri nəticəsində düşmən susdurulub, Silahlı Qüvvələrimizin döyüş texnikasına ziyan dəyməyib və şəxsi heyət arasında itki yoxdur. Atılan mərmilər əsasən boş əkin sahələri və yaşayış məntəqələrinə yaxın ərazilərə düşüb.

Müdafiə Nazirliyi bildirir ki, əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.

Tarix
17 May [11:12]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Odlar Yurdu Universiteti ərəb ölkələrindən tələbə qəbulu ilə bağlı protokollar imzaladı

Odlar Yurdu Universiteti ərəb ölkələrindən tələbə qəbulu ilə bağlı protokollar imzaladı

Zolaqlardan istifadə etmiş 1319 sürücü cərimələnib

Bu zolaqlara yalnız oyunlar üçün nəzərdə tutulmuş nəqliyyat vasitələri buraxılıb və 24 saat ərzində zolaqlara nəzarət edilib

ETSN rəhbərliyi və kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

MN: Ermənilər atəşkəs rejimini 115 dəfə pozub

Bu gün Bakı və Sumqayıtda 11-cilər imtahan verəcək

İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Azərbaycana təşəkkür edib

Mehriban Əliyeva: "Ən böyük qələbə İslam aləminin birliyinin təntənəsidir"

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilir

Yəməndə vəba xəstəliyindən ölənlərin sayı 300-ü keçib

Yəməndə vəba xəstəliyindən ölənlərin sayı 300-ü keçib

Bakı şəhər prokuroruna mətbuat üzrə köməkçi təyin edildi

Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə
Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.