Bakı-2017: Paraatletika yarışlarında Azərbaycanın 2 idmançısı finala vəsiqə qazanıb

16:03 - 16 May 2017 - İDMAN

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində paraatletika yarışlarında Azərbaycanın 2 idmançısı finala vəsiqə qazanıb. Trend-in məlumatına görə, qadınlar arasında 100 metr məsafəyə qaçış yarışlarında atletlərimiz Yelena Çebanu və İradə Əliyeva qızıl medal uğrunda mübarizə aparacaqlar.
Bu gün keçiriləcək finalda Azərbaycan idmançıları ilə yanaşı, mərakeşli Məryəm Ən-Nuri və İndoneziya atlet Endanq Sitorus yarışacaq.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Xəbər xətti