Ana səhifə
25 Sentyabr 2018

Azəri Günel və qardaşı Tunar - "Səndən insaf dilər yarın" - VİDEO - FOTOLAR

Zeynalovlar nəslinin populyar bacı-qardaşı Azəri Günel və Tunar Rəhmanoğlu "Səndən insaf dilər yarın" duetlərinə çəkdirdikləri klipi tamaşaçılara təqdim ediblər.

 

 

“Üç nöqtə”nin məlumatına görə, uğurlu alınan yaradıcı işin detalları barəsində oxucularımızı Günelin Azərbaycan üzrə PR meneceri Şahin Cavadsoy məlumatlandırıb: "Əslində bu klip yay vaxtı çəkilmişdi, sadəcə Günel və Tunar mahnının ab-havasına uyğun olaraq bu ekran işini payızda təqdim etməyi lazım bildilər.

Sözləri meyxanaçı Vüqar Əbdülova, musiqisi Tunarın özünə məxsus olan mahnıya Türkiyənin tanınmış rejissoru Hasan Kuyucu quruluş verib.

Ağ-qara kadrlardan ibarət olan klipdə baş qəhrəman obrazlarını elə səbəbkarların özləri canlandırıblar. Klip eksklüziv olaraq Kral TV-də yayımlandığı üçün YouTube-a noyabrın 16-da yerləşdirilib. Əminik ki, peşəkar komandanın ərsəyə gətirdiyi "Səndən insan dilər yarın"ın klipi Günel və Tunarın Azərbaycandakı heyranları tərəfindən də rəğbətlə qarşılanacaq".

Məlumat üçün bildirək ki, sözügedən mahnının ilk ifaçısı Türk musiqisinin imperatoru, Azəri qızı kimi Güneli qardaş ölkədə tanıdan İbrahim Tatlısesdir.

 

 

Tarix
18 Noyabr 2014 [16:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin