Azərbaycan nümayəndə heyətinin Çinə səfəri başa çatıb

13:28 - 16 May 2017 - İQTİSADİYYAT

İqdisadiyyat Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Yüksək Səviyyəli Beynəlxalq Forumda 29 ölkədən dövlət və hökumət başçıları, 110 ölkədən dövlət və özəl sektor nümayəndələri, səhmdarlar, 60-dan çox beynəlxalq təşkilatın nümayəndəsi, ümumilikdə 1500-dən çox nümayəndə iştirak edib.
Qeyd edək ki, Azərbaycan əsas məqsədi ölkələr arasında əməkdaşlığın gücləndirilməsi olan “Bir kəmər - bir yol” təşəbbüsünün “İpək yolu iqtisadi kəməri” inkişaf istiqamətinə daxildir. 2015-ci ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında” Anlaşma Memorandumu imzalanıb.

Qeyd edək ki, nümayəndə heyətində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, SOCAR, “Azərbaycan Dəmir Yolları” QSC, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yüksək vəzifəli şəxslərlə təmsil olunurdu.

Xəbər xətti