Ana səhifə
19 Sentyabr 2018

Merkel: "İncirlik aviabazasına alternativ axtarmaq məcburiyyətindəyik"

“İncirlik aviabazasına alternativ axtarmaq məcburiyyətindəyik”. Apa-nın NTV-yə istinadən verdiyi məlumata görə, bu sözləri Almaniya federal kansleri Angela Merkel Türkiyənin bu ölkənin deputatlarının "İncirlik" hərbi bazasında olan Almaniya hərbçilərinə baş çəkmələrinə icazə verməməsinə münasibət bildirərkən deyib.
O, qeyd edib ki, İordaniya "İncirlik" üçün alternativ ola bilər.
Ankaranın bu addımı atmasına səbəb kimi Almaniyanın Türkiyədə "Fətullahçı Terror Təşkilatı"na üzv olmaqda ittiham edilən türk hərbçilərə sığınacaq verməsi göstərilir. Xatırladaq ki, bu, Türkiyə ilə Almaniya arasında "İncirlik" bazası ilə bağlı yaşanan ikinci böhrandır. Ötən il Bundestaqın uydurma "erməni soyqırımı"nı tanımasından sonra da Türkiyə alman millət vəkillərinin "İncirlik"i ziyarət etməsinə icazə verməmişdi.
Qeyd edək ki, "İncirlik" aviabazası Türkiyənin Adana vilayəti ərazisində yerləşir və həm Suriyaya, həm də İraqa yaxındır.

Tarix
15 May 2017 [16:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin