Ana səhifə
22 Oktyabr 2017

Biləsuvarda sahibkarlar üçün treninq keçirilib

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Biləsuvar rayonunda fəaliyyət göstərən "Biləsuvar Aqro" MMC-də sahibkarlar üçün treninq keçirilib.
“Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları”, “Made in Azerbaijan” brendinin yaradılması və inkişafı” mövzularını əhatə edən treninqdə iştirakçılara ixrac bazarları, ixrac sahəsində mövcud qanunvericilik, ixracın stimullaşdırılması tədbirləri və tətbiq edilən güzəştlər, ixracyönümlü məhsulların istehsalı, brendləşmənin məhsul ixracının artırılmasında rolu, “Made in Azerbaijan” brendinin yaradılması və s. barədə məlumat verilib. Bununla yanaşı, tədbir iştirakçıları Apellyasiya Şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları, eləcə də İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərlə bağlı məlumatlandırılıb.

Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Tarix
15 May 2017 [16:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
KİV
Virtual Qarabağ