Astarada avtomobil 10 yaşlı uşağı vurub

15:42 - 15 May 2017 - HADİSƏ

Astarada avtomobil yolu keçmək istəyən məktəblini vurub. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Astaranın Şahağacı kəndində baş verib.
Hadisə nəticəsində xəsarət alan kənd sakini, 2007-ci il təvəllüdlü Səbinə Niyaməddin qızı Əsədova müəllimlərin köməyi ilə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Məktəbli reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. 

Xəbər xətti