Özəl məktəblərdə oğlanlar yubka geyinəcək

11:50 - 15 May 2017 - MARAQLI

Böyük Britaniyanın məşhur özəl məktəblərindən biri olan "Highgate School"-un administrasiyası  gender mənsubluğuna görə çətinliklər yaşayan oğlanlara yubka geyinməyə icazə verə bilər. Şagirdlər tərəfindən yaradılan qruplar gender cəhətdən neytral məktəb formasının və əvəzliyinin tətbiq edilməsini tələb edirlər. "Əgər oğlanlar xoşbəxt olsalar və özlərini cinsəl mənsubluq cəhətdən daha təhlükəsiz hiss etsələr, bu, yaxşı ideya olar", - deyə məktəbin direktoru Adam Petitt bildirib. Highgate School administrasiyası yekun qərar vermək üçün şagirdlər və onların valideynlərini arasında sorğu keçirəcək.( İstiPress)

Xəbər xətti