Bakı-2017: İlham Zəkiyev rəqibinə ipponla qalib gəldi

16:09 - 14 May 2017 - İDMAN

Azərbaycan paracüdoçusu İlham Zəkiyev (100 kq-dan artıq) IV İslam Həmrəyliyi Oyunları çərçivəsində mübarizəyə başlayıb. Trend-in məlumatına görə, ilk tatamidə İ.Zəkiyevin rəqibi İran təmsilçisi Mousanezhadkarmozidi Ehsan olub. İ.Zəkiyev rəqibinə ipponla qalib gəlib.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Xəbər xətti