Makron Fransa prezidenti elan edilib

16:02 - 14 May 2017 - DÜNYA

Bu gün Fransa Konstitusiya Şurasının sədri Loran Fabius Emmanuel Makronu Fransanın səkkizinci prezidenti elan edib. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bundan öncə Yelisey sarayında prezident postunu tərk edən Fransua Ollandla vida mərasimi keçirilib.
E. Makron və F. Olland arasında prezident kabinetində vida görüşü 25 dəqiqə planlaşdırılsa da, 1 saatdan çox çəkib. Daha sonra isə E.Makron və F.Olland bir-birinə xoş sözlər deyib, bir-birinin əlini sıxıb. E. Makron F. Ollandı avtomobilə qədər müşayiət edib. Bu, protokola uyğun olaraq sabiq prezidentə hörmətin ifadəsidir. 

Xəbər xətti