“Eurovision 2017”də gözlənilməz hadisə- VİDEO

11:19 - 14 May 2017 - MAQAZİN

“Eurovision 2017” mahnı müsabiqəsinin final şousunda gözlənilməz hadisə baş verib. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ölkə nümayəndələrinin ifasından sonra səsvermə başlayıb. Bu fasilədə yarışmanın ötənilki qalibi Camala səhnəyə çıxıb.
Müğənninin ifası zamanı azarkeşlərdən biri Avstraliya bayrağı ilə Camalanın yanına qalxıb. O, anidən arxasını tamaşaçılara çevirərək şalvarını aşağı çəkib. Mühafizəçilər dərhal həmin şəxsi səhnədən uzaqlaşdırıblar. Amma onun niyə bu addımı atması hələ də sual altındadır.
Avstraliya tərəfi rəsmi qaydada vətəndaşın bu hərəkətinə görə üzr istəyib. 

Xəbər xətti