“Eurovision 2017”: Azərbaycan təmsilçisi bu gün finalda çıxış edəcək

21:30 - 13 May 2017 - MAQAZİN

Bu gün Kiyevin Beynəlxalq Sərgi Mərkəzində “Eurovision-2017” mahnı müsabiqəsinin final şousu keçiriləcək.   Azərbaycan təmsilçisi Diana Hacıyeva səhnəyə 12-ci çıxaraq “ Skeletons” mahnısını səsləndirəcək. Ucnoqta.az-ın Apa-ya istinadən xəbərinə görə, final mərhələsində 26 ölkə təmsilçisi iştirak edir: İsrail, Polşa, Belarus, Avstriya, Ermənistan, Hollandiya, Moldova, Macarıstan, İtaliya, Danimarka, Portuqaliya, Azərbaycan, Xorvatiya, Avstraliya, Yunanıstan, İspaniya, Norveç, Böyük Britaniya, Kipr, Rumıniya, Almaniya, Ukrayna, Belçika, İsveç, Bolqarıstan və Fransa.
Finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi Ukrayna və  “böyük beşlik” ölkələri Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.
​62-ci “Eurovision” mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edib. 

Xəbər xətti