Bakı-2017: Azərbaycan növbəti qızıl medalı qazandı

20:44 - 13 May 2017 - İDMAN

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının karate yarışında 75 kq çəki dərəcəsində qaliblər müəyyənləşib. Finalda Azərbaycan idmançısı Rafael Ağayev pakistanlı Qulam Sədi ilə qarşılaşıb.
5 qat dünya çempionumuz R.Ağayev rəqibinə göz açmağa imkan verməyib - 4:0.
Bu, karate yarışlarında Azərbaycanın ikinci qızıl medalıdır.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.trend

Xəbər xətti