Bakı-2017: Azərbaycan həndbolçuları FİNALDA

10:46 - 13 May 2017 - İDMAN

Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində həndbol üzrə yarışlarda qadınlardan ibarət Azərbaycan yığması yarışların final mərhələsinə yüksəlib. Trend-in məlumatına görə, həndbolçularımız Özbəkistan yığması üzərində 45:25 hesablı qələbə qazanıb. Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Xəbər xətti