Ana səhifə
20 Sentyabr 2018

Kənan MM kimə pulsuz klip çəkdi? – FOTOLAR + VİDEO

Müğənni və tele-aparıcı Vüsalə Rəcova İstanbulda çəkdirdiyi klipini bu gün ictimaiyyətə təqdim edir.

 

 

“Getmə” adlanın mahnısının söz və musiqisi Rəşad Bağırova aiddir. Ekran görüntülərini ilk olaraq mətbuat nümayəndələrinə paylaşan sənətçi maraqlı açıqlamalar etdi. Bəlli oldu ki, rejissor Kənan MM bu klipi ailəvi dostuna hədiyyə edib.

“Kənan bəylə dost münasibətlərimiz uzun illərə söykənir. “Sevməyi öyrədim” mahnımı ekranlaşdırmaqla, o klip çəkməyəcəyi ilə bağlı məhdudiyyətini götürdü. Yeni klipi isə mənə dost hədiyyəsi etdi. Təmənnasız çəkdi. Çəkilişlər İstanbulda oldu. Məkanlar “Fatih Harbiyə”dəki Macitin villası və şəhər içində, alış-veriş yerləri oldu. Biz villanı bir günlük icarə götürdük və həmin gün məkanda serial çəkilişi aparılmadı” – deyən Vüsalə Rəcova peşəkar komanda ilə maraqlı ekran işi ortaya çıxardıqlarına əmin olduğunu bildirdi.

Klipdəki tərəf müqabili Qafur bəylə həyatda sevgi münasibəti olan sənətçi Bakıya qayıdandan sonra birlikdə Kənan bəyi və xanımını evə qonaq dəvət ediblər.  Onlar birlikdə növbəti klipin çəkilişinin planlarını da cızıblar. Xatırladaq ki, yeni klip mini film şəklində hazırlanıb. Ssenariyə görə, tərəf müqablini bağışlayıb, onunla nigaha daxil olan Vüsalə xanım ana olmaq ərəfəsində yenə xəyanətlə üzləşir. Mövzunun davamı üçüncü klipdə bəlli olacaq.

 

Tarix
18 Noyabr 2014 [15:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin