Ana səhifə
19 Sentyabr 2018

Mərkəzi Bank valyuta ehtiyatlarını artırır

Aftandil Babayev: “asiyanin qiymətli kağizlar bazarina 1 milyard dollar yerləşdirmək planlaşdirilir”

 

 

2015-ci ildə milli valyutanın məzənnəsinin sabitliyini təmin etmək üçün Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta bazarında 1,5 milyard dollar həcmində xarici valyuta əldə etmək niyyətindədir. Bu haqda məlumat verən AMB-nin İdarə Heyətinin sədr müavini Aftandil Babayevin sözlərinə görə,  bu ilin sonunadək AMB bazara müdaxilə edə və 500 milyon dollar həcmində xarici valyuta əldə edə bilər: “AMB-nin valyuta ehtiyatları bu ilin sonuna 15,5-15,7 milyard dollar səviyyəsində olacağı proqnozlaşdırılır”.

Onun fikrincə, gələn il intervensiya proqnozu nəzərə alınmaqla, 2016-cı ildə AMB-nin valyuta ehtiyatları minimum 17 milyard dollar təşkil edə bilər: “AMB valyuta bazarından 2010-cu ildə 1 385 milyon dollar, 2011-ci ildə 4 153 milyon dollar, 2012-ci ildə 1 584 milyon dollar, 2013-cü ildə 2 457 milyon dollar, 2014-cü ilin 6 ayında isə 967,4 milyon dollar məbləğində alışlar həyata keçirib. Bu sahədə fəaliyyətini valyuta ehtiyatlarının artırılmasına yönəldib. Təkcə 2014-cü ilin I yarısında AMB-nin sərəncamında olan valyuta ehtiyatları 7 faiz artaraq 15163 milyon dollar səviyyəsinə yüksəlib ki, bu da valyuta ehtiyatlarının kifayətliliyi üzrə beynəlxalq normaları əhəmiyyətli dərəcədə üstələyir”.

A.Babayev qeyd edir ki, Mərkəzi Bank Asiyanın qiymətli kağızlar bazarına 1 milyard dollar yerləşdirməyi planlaşdırır: “Çin bazarı xüsusi qaydalarla tənzimlənir və AMB bu bazara çıxmaq üçün xüsusi müqavilə bağlayıb. Çindən müsbət cavab almışıq. Biz hələ bazarda iştirakçı hüququnu alırıq. Bundan sonra qiymətli kağızların keyfiyyətinə baxacağıq. Hansı məqbul olsa, o qiymətli kağızı əldə edəcəyik. Asiyanın digər bazarlarına vəsaitlərin yerləşdirilməsi isə əcnəbi menecerlər vasitəsilə həyata keçiriləcək".

 

Sədr müavini bildirir ki,500 milyon dollar müqavilə əsasında Çin bazarında, qalan 500 milyon dollar isə xarici menecerlər vasitəsilə Asiyanın digər bazarlarında yerləşdiriləcək.

 

Digər Asiya bazarlarında valyuta yerləşdirilməsinə gəlincə, bununla bağlı xarici menecerlərlə müzakirələr aparılır. A. Babayev qeyd edib ki, müqavilə imzalanandan sonra AMB investisiya strategiyasına dəyişiklik edəcək.

AMB-nin maraq dairəsində əsasən İndoneziya, Malayziya, Sinqapur və Cənubi Koreya bazarlarıdır.

 

Əfsun

 

Tarix
18 Noyabr 2014 [15:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin