Türkiyənin tanınmış müğənnisi İbrahim Erkalın ürəyi dayanıb

12:00 - 12 May 2017 - HADİSƏ

Ümraniye Təhsil və Araşdırma Xəstəxanasının rəhbəri Dr. Necdet Sağlam beyin ölümü gerçəkləşən İbrahim Erkalın saat 22:10-da (Bakı vaxtı ilə 23:10) ürəyinin də dayandığını bildirərək vəfat etdiyini söyləyib. “Dəyərli sənətkarımız İbrahim Erkal bu gün saat 22:10-da ürəyinin də dayanması nəticəsində vəfat edib. Ona Allahdan rəhmət, ailəsinə və əzizlərinə səbr diləyirik”, - deyə həkim bildirib. Qeyd edək ki, iki gün əvvəl beyin ölümü gerçəkləşən İbrahim Erkalın ürək və digər orqanları tibbi dəstək sayəsində öz fəaliyyətini davam etdirirdi. (Report)

Xəbər xətti