Lerikdə 50 yaşlı qadın özünü yandırıb

10:52 - 12 May 2017 - HADİSƏ

Lerik rayonunda intihar hadisəsi baş verib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Vizəzəmin kəndində qeydə alınıb. Xəstəlikdən əziyyət çəkdiyi deyilən Mirməmmədova Gülxarə Sabir qızı yaşadığı evdə neft lampasının içərisindəki nefti üzərinə tökərək özünü yandırıb. Hadisədən xəbər tutan ailə üzvləri G.Mirməmmədovanı xilas edə bilməyiblər. Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti