Ana səhifə
19 Sentyabr 2018

Qlobal böhran gözlənilmir

Vüqar Bayramov: “Neftin qiymətinin 80 dollardan aşağı düşməsi OPEK-in özü üçün də arzuolunan deyil”

 

 

Böyük Britaniyanın baş naziri Devid Kameron dünya ölkələrinin ikinci iqtisadi böhranla üz-üzə qaldığını deyib. O bildirib ki, qırmızı cizgi qolabal iqtisadi böhrana səbəb ola bilər: “Dünyada iqtisadi, siyasi, humanitar problemlər üzrə qeyri-sabitlik və qeyri-müəyyənlik fonunda Britaniya hökumətini çətin sağalan vəziyyətə düşəcəyi barədə xəbərdarlıq etmişdim”.

Böyük Britaniyanın baş naziri həmçinin iqtisadi böhranın yaranma səbəbləri haqqında da  danışıb: “Avropadakı gerilik Böyük Britaniyanın ixrac və istehsalına təsir edib. Burada  Avropada işsizlik və qiymətlərin kəskin aşağı düşməsi də rol oynayır. “Ebola” virusu, Ukrayna, Yaxın Şərqdə baş verənlər və Rusiyanın hərəkətləri nəticəsində ticarət danışıqları dalana dirənib. Həqiqət budur ki dünya qarşılıqlı və böyük problemlə üz-üzə qalıb. Bunun üçün real riski bərpa etmək lazımdır. Dünya ölkələri ya geri çəkilməli, ya da əlavə vergi tətbiq etməlidir”.

Bu məsələyə münasibət bildirən iqtisadçı ekspert Vüqar Bayramov “Üç nöqtə”yə dedi ki,  qlobal iqtisadi böhranın yaranmasını şərtləndirən iqtisadi faktorlar da olmalıdır: “Nəzərə alaq ki, neftin dünya bazar qiymətinin aşağı düşməsi eyni zamanda neftə tələbatın azalması ilə bağlıdır. Baxmayaraq ki, ABŞ-da neftə tələbatın azalması müşahidə edilmir. Çünki ABŞ neft istehlakının yarıdan çoxunu daxili istehsal hesabına ödədiyi üçün bu ölkə praktik olaraq 2007-ci ildən neft idxalı asılılığını ciddi şəkildə aradan qaldıra bilib. Eyni proses – yəni neftə olan tələbatın azalması Avropada, Yaponiya və digər inkişaf etmiş ölkələrdə müşahidə edilir. Bu ölkələrdə durğunluq daha çox iqtisadi artım tempinin aşağı düşməsi ilə əlaqədardır. Bu neftə olan tələbatı azaldır. Təbii ki, bu da neftin dünya bazar qiymətinə təsir edir”.

Ümumiyyətlə, yeni qlobal böhranın yaranması ehtimalları nə dərəcədə ciddidir? Əslində, neftin dünya bazar qiymətinin aşağı düşməsi inkişaf etmiş ölkələrə müyyən qədər xərclərdə qənaəat imkanları yaradır. Orta hesabla Avropa Birliyinin neft xərci ÜDM-nin təxminən 5 faizin təşkil edir. Neftin qiymətinin aşağı düşməsi Aropa Birliyi ölkələrinə müəyyən qədər vəsaitlərinə qənat etməyə imkan verir. Əslində neftə olan tələbatın azalması səbəbi iqtisadi durğunluq olsa da, inanmıram bu qlobal böhrana yol açsın”.

Müsahibimiz hesab edir ki, neftin qiymətinin aşağı düşməsindən ən durğun vəziyyət avrozonadır. ABŞ son illərin ən güclü makroiqtisadi göstəricilərinə malik olan ölkədir. V.Bayramovun fikrincə, dünya bazarında neftin qiymətinin aşağı salınması üçün “qiyməti döşəməsi” var: “Bu isə hasil edilən neftin maya dəyəri və ya xərcidir. Aydındır ki, ağıllı istehsalçı neftin onun xərcindən aşağı qiymətə satıb ziyan əldə etməkdə maraqli olmayacaq. Amma məsələnin digər tərəfi ondadır ki, strateji məhsullarının ixracatında ağıldan daha çox füçers müqavilələrinin şərtləri və hasilatın fasiləsizliyi rol oynayır. Bu müqavilələr və anlaşmalar hasilatçı ölkələri, hətta maya dəyərindən daha aşağı qiymətə öz məhsullarını satmağa məcbur edə bilər. Hasilatı dayandırmaq və sonradan bərpa etməyin xərclərini hesablamaq isə çox da sadə deyil”.

Müsahibimiz vurğulayır ki, neftin ucuzlaşması sözsüz Azərbaycanın hər günü üçün itki deməkdir: “Neftin dünya bazar qiyməti əgər 110 dollar olsaydı, Azərbaycan daha çox gəlir edərdi. Ancaq 2009-cu ildəki qiymətlə müqayisə etsək, görərik ki, əvvəl gəlirlər daha az olub. Təsəvvür edin, neftin bir barrelinin qiyməti 50 dollara qədər aşağı düşmüşdü. Söhbət nisbi itki və nisbi gəlirdən gedə bilər”.

V.Bayramov deyir ki, neftin qiymətinin 80 dollardan aşağı düşməsi OPEK-in özü üçün də arzuolunan deyil: “Çünki neftin xərcini götürsək, görərik ki, maya dəyərindən aşağı qiymət ciddi problemlər yarada bilər. Azərbaycan üçündə neftin bir barrelinin qiymətinin 80 dollardan aşağı olması arzuolunan deyil. Ədalətli qiymət əgər əvvəllər 80-100 dollar uyğun idisə, indi 90 dollar uyğundu. Bu situasiya nəticəsində istehsalçı ölkələrin gəlirlərində azalma mümkündür. Xərc dəyişmir, gəlir və mənfəət də azalır”.

 

Əfsun

Tarix
18 Noyabr 2014 [23:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin