Ana səhifə
20 Sentyabr 2018

XİN-dən fransız həyasızlığına sərt cavab

Hikmət Hacıyev: «Muryenin hərəkətləri Fransanın vasitəçilik fəaliyyətinə ziddir»

 

Azərbaycanın Xarici İşlər Nazirliyi Fransanın Burq Le Valans şəhərinin meri Marlen Muryenin işğal olunmuş ərazilərimizə səfər etməsi, Şuşa və Burq Le Valans şəhərləri arasında “dostluq haqqında bəyanat”ın imzalanmasına dair bəyanat yayıb. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev baş verənlərin ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın vasitəçilik fəaliyyətinə zidd olduğunu bildirib: “Marlen Muryenin Azərbaycan Respublikasının razılığı olmadan işğal edilmiş Azərbaycan ərazilərinə səfəri qeyri-qanunidir və onun bu əməli "Dövlət sərhədi haqqında" qanunun pozulmasıdır. Burq Le Valans şəhərinin merinin işğal və təcavüz əsasında Ermənistan tərəfindən yaradılmış qeyri-leqal və qondarma rejim ilə hər hansı bir sənəd imzalaması Fransanın qanunvericiliyinə və ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın vasitəçilik fəaliyyətinə ziddir”.
H.Hacıyev eyni zamanda Burq Le Valans şəhərinin merinin hərəkətlərini Fransa prezidenti Fransua Olandın təşəbbüsü ilə Ermənistan və Azərbaycan prezidentlərinin oktyabrın 9-da keçiriləcək Paris görüşü ərəfəsində Fransa hökumətinə qarşı təxribat adlandırıb: “Fransa prezidenti Fransua Olandın təşəbbüsü ilə Ermənistan və Azərbaycan prezidentlərinin Parisdə görüşünün keçirilməsi ərəfəsində Burq Le Valans şəhərinin merinin bu kimi qeyri-qanuni əməli Ermənistan və erməni diasporunun təsiri altında Fransa hökumətinə qarşı təxribatdır. Bu səfər və xüsusilə Azərbaycanın işğal olunmuş Şuşa şəhəri ilə qeyri-leqal olaraq “dostluq haqqında bəyanat”ın imzalanması öz doğma torpaqlarından, o cümlədən Şuşa şəhərindən Ermənistanın işğal, təcavüz və etnik təmizləmə əməlləri nəticəsində didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin həssas hisslərinə hörmətsizlikdir.
 
Marlen Muryer işğal olunmuş qondarma Dağlıq Qarabağ rejimi ilə təmaslarına görə separatizm, etnik təmizləmə və insanlığa qarşı cinayətlərin təşviqində rol oynayaraq, Burq Le Valans şəhərinin sakinləri qarşısında daşıdığı məsuliyyətini dərk etməlidir. Ermənistan isə ənənələrinə sadiq qalaraq, bu kimi cılız və təxribatçı əməlləri ilə məqsədyönlü şəkildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə hər vəchlə xələl gətirməyə çalışır”.

 

Tahirə

Tarix
8 Oktyabr 2014 [15:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin