Ən gənc professor sədr seçildi

00:56 - 12 May 2017 - ÖLKƏ İÇİ

Bu gün Nərimanov rayon YAP Gənclər Birliyinin sədri, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının müşaviri, Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Fəlsəfə doktoru, Professor Yusif Babanlı ADBTİA-nın Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.

Babanlı Yusif Məmməd oğlu 1984-cü ilin aprel ayının 9-da Naxçıvan MR-nın Ordubad rayonunda anadan olub. 1990-2001-ci illərdə orta təhsil alıb. 2001-2005-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bakalavr, 2005-2008-ci illərdə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2009-2012-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 2001-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə Həmkarlar Təşkilatının sədri olub. 2001-2008-ci illərdə Azərbaycan Respublikasının idman ustası adını alıb. 2005-2008-ci illərdə Akademiyanın Tələbə Gənclər Təşkilatının sədri olub. 2009-2011-ci illərdə AzDBTİA-da baş müəllim vəzifəsində işləyib, hal-hazırda kafedranın professorudur.

2009-cu ildən Azərbaycan Boks Federasiyasının İcariyyə Komitəsinin üzvü, təşkilat komitəsinin sədridir. 2010-cu ildən AzDBTİA-da prorektor vəzivəsində işləyir. 2010-cu ildə Azərbaycan Respublikasının Fəxri Bədən tərbiyəsi və idman işçisi adını alıb.

2011-2015-ci illərdə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda doktorantura pilləsində təhsil alıb. Pedaqogika üzrə fəlsəfə doktorudur. 2012-ci ilin oktyabr ayından Azərbaycan Mədəniyyət İşçilərin Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsinin rəyasət heyətinin üzvüdür. Azərbaycan Həmkarlar İttifaqında xidmətlərinə görə AHİK-nın medalı ilə təltif olunmuşdur, həmçinin dövlət qurumları tərəfindən fəxri fərman və diplomlarla təltif olunub. 2012-ci ildə “Respublika dərəcəli hakim” adını alıb. 60 elmi məqalə, 6 dərslik və 5 metodik vəsaitin müəllifidir, professordur.

Bundan başqa, Yusif Babanlı “HƏMRƏY Gənclərin Maarifləndirilməsine Dəstək İctimai Birliyi”nin qurucu üzvü və Təşkilatın Ümumi Yığıncağının əsas simalarındandır.

Xəbər xətti