Bakı-2017: Azərbaycan həndbolçuları qrup lideri kimi yarımfinala yüksəldi

17:34 - 11 May 2017 - İDMAN

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadın həndbolçular arasında qrup mərhələsinin oyunları başa çatıb. Bu mərhələnin son oyununda buna qədər bütün matçlarda qələbə qazanan Azərbaycan və Türkiyə yığmaları qarşılaşıblar.
Həlledici oyunda türkiyəli idmançıların müqavimətini qıran həndbolçularımız 27: 22 hesablı qələbə qazanaraq qrup birincisi kimi yarımfinala yüksəliblər.
Yarımfinalda Azərbaycan Özbəkistan, Türkiyə isə Kamerunla üz-üzə gələcək.
Yarımfinal görüşləri mayın 13-də keçiriləcək.

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.trend

Xəbər xətti