Ana səhifə
10 Dekabr 2018

Avropa İttifaqı Şurası Ukrayna ilə viza rejiminin ləğvinə qərar verib

Avropa İttifaqı Şurası bu gün Ukrayna ilə viza rejiminin ləğvinə dair qərar qəbul edib. APA-nın məlumatına görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko açıqlama yayıb. "Elə indicə Avropa İttifaqının Nazirlər Şurası bizlərə - Ukrayna vətəndaşlarına vizasız səyahət hüququ verən yekun qərar qəbul edib. Mayın 17-də Strasburqda bu barədə müvafiq qanunvericilik aktı təntənəli şəkildə imzalanacaq. Bu, yəqin ki, mənim Ukrayna dövlətinin rəhbəri postunda 3 illik fəaliyyətim dövründə ən vacib səfərlərdən biri olacaq", - deyə o, söyləyib.
P. Poroşenko bildirib ki, qərar Aİ-nin rəsmi jurnalında dərc olunduqdan sonra qüvvəyə minəcək: "Təxminən 11 iyun tarixində 34 Avropa ölkəsi vizasız səfərlər üçün Ukrayna biometrik pasportunun sahiblərinə yaşıl işıq yandıracaq. Bu, sadələşdirilmiş viza rejimindən daha böyük məna kəsb edir. Bu, dövlətimizin müstəqilliyinin, insanlarımızın azadlığının təsdiqlənməsi yolunda - Avropaya doğru nəhəng addımdır".    
Xatırladaq ki, aprelin 6-da Avropa Parlamenti Ukrayna ilə viza rejiminin ləğvi barədə qərar qəbul edib. Aprelin 26-da Aİ ölkələrinin səfirləri bu qərarı təsdiqləyib. 

Tarix
11 May 2017 [13:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin