Qubada 4 yaşlı uşağın meyiti tapılıb

11:04 - 11 May 2017 - HADİSƏ

Quba rayonunda 4 yaşlı uşağın meyiti tapılıb. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Bərqov kəndində qeydə alınıb. Kənd sakini, 2013-cü il təvəllüdlü Mustafayev Fuad Həbib oğlunun meyiti evlərinin yaxınlığında aşkar edilib. Ailə üzvləri uşağın meyitini Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına aparıblar.
Quba rayon Prokurorluğundan verilən məlumata görə, uşağın ölüm səbəbini müəyyənləşdirmək üçün müvafiq tibbi ekspertiza təyin olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər xətti