Şirkətə məxsus avtomobildən tapança və 83 min manat pul aşkarlandı - Bakıda

16:49 - 10 May 2017 - HADİSƏ

Bakıda şirkətə məxsus avtomobildən 83 400 manat pul və tapança aşkarlanıb. Hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, həmin ərazidə Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Tural Səmədovun idarə etdiyi “Mercedes” markalı avtomobil hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Maşına baxış zamanı oradan 83 400 manat pul və “Voltran-Major” markalı pnevmatik tapanca tapılıb. İlkin araşdırmalar zamanı avtomobilin, nəqliyyat vasitələrinin kirayəsi ilə məşğul olan “Karvan Group” MMC-yə məxsus olduğu müəyyənləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.(“Report”)

Xəbər xətti