Ana səhifə
20 Sentyabr 2018

Azərbaycan "Cənub Qaz Dəhlizi"nə 2,9 milyard dollar xərcləyəcək

2015-ci ildə "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasına dövlətin əsaslı xərclərindən 928 milyon manat, Azərbaycan Respublikası Dövlət Neft Fondundan 1,341 milyard manat ayrılması planlaşdırılır.

 

 

Ucnoqta.az xəbər verir ki, trend-in məlumatına görə, bunu çərşənbə axşamı maliyyə naziri Samir Şərifov Milli Məclisdə "2015-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində deyib.

Onun sözlərinə görə, gələn il bu layihənin reallaşdırılmasına icmal büdcənin xərcləri 2,269 milyard manat (və ya xərclərin ümumi həcminin 8,8 faizi) təşkil edəcək.

S.Şərifov qeyd edib ki, 2015-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Dəniz Ticarət Limanının tikintisinin başa çatdırılmasına 300 milyon manat ayrılacaq.

Bundan başqa, əhalinin enerji təchizatını yüksəltmək, o cümlədən qaz və elektrik enerjisi ilə təmin etmək məqsədilə 2015-ci ildə dövlət büdcəsindən investisiya xərcləri və xarici kreditlər hesabına 1,1 milyard manat ayrılacaq.

 

Tarix
18 Noyabr 2014 [14:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin