Ana səhifə
10 Dekabr 2018

İqtisadiyyat naziri Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri ilə görüşüb

İqtisadiyyat naziri Şahin Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohamed Hamel Alqubaisi ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-BƏƏ iqtisadi əlaqələrinə, bu ilin aprel ayında Dubayda keçirilmiş Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6 iclasının protokolunda nəzərdə tutulmuş məsələlərin icrasına dair fikir mübadiləsi aparılıb.
Nazir Şahin Mustafayev bildirib ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında yüksək səviyyəli siyasi münasibətlər və qarşılıqlı səfərlər iki ölkə arasında iqtisadi əməkdaşlığın uğurlu inkişafına əlverişli zəmin yaradır. İndiyədək ölkələrimiz arasında 40-a yaxın sənəd imzalanıb, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6 iclası keçirilib, Dubay Ticarət və Sənaye Palatasının xaricdə ilk nümayəndəliyi Bakıda açılıb. BƏƏ tərəfindən Azərbaycan iqtisadiyyatına 778,1 mln. dollar, Azərbaycandan BƏƏ-yə  isə 284,4 mln. dollar investisiya qoyulub. Azərbaycanda 255 BƏƏ şirkəti qeydiyyata alınıb. Azərbaycan məhsullarının BƏƏ-də təbliği məqsədilə bu ölkəyə iş adamlarından ibarət ixrac missiyası göndərilib, Azərbaycan məhsulları vahid ölkə stendi ilə Dubayda nümayiş olunub, bağlanmış müqavilələr üzrə bir sıra məhsullarına ixracına başlanılıb. Hazırda ölkələrimiz arasında kənd təsərrüfatı, İKT, enerji, ticarət, investisiya qoyuluşu, təhsil və s. sahələrdə əlaqələr uğurla davam edir. Görüşdə nazir Şahin Mustafayev əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırıb, mövcud imkanlardan səmərəli istifadə etməklə müxtəlif sahələr üzrə əlaqələrin genişləndirilməsi imkanlarını vurğulayıb.

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohamed Hamel Alqubaisi ölkəsində Azərbaycanla əməkdaşlığa xüsusi önəm verildiyini, əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib, iqtisadi əlaqələrin genişləndirilməsi məsələlərinə dair fikirlərini bölüşüb.
Görüşdə Azərbaycan-BƏƏ Biznes Şurasının fəaliyyətinin, ticarət məlumatlarının mübadiləsi və ticarət əlaqələrinin, xüsusilə Azərbaycan məhsullarının BƏƏ-yə ixracının genişləndirilməsi, BƏƏ iş adamları tərəfindən ölkəmizdə yaradılan sənaye parkları və zonalarına investisiya qoyulması imkanları və s. qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Tarix
9 May 2017 [15:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin