Bu gün Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək

12:17 - 9 May 2017 - İDMAN

Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab görüşlərinə start verilib. İlk oyun günündə “Yuventus” öz meydanında “Monako”nu qəbul edəcək. 
6 gün əvvəl bu komandaların ilk oyunu “Qoca Sinyora”nın 2:0 hesablı qələbəsi ilə başa çatıb. 
Bu səbəbdən də əksəriyyət artıq Turin klubunu finalda görür. “Monako” hər nə qədər məhsuldar çıxış etsə də, inamlı müdafiə xətti ilə seçilən və cari mövsüm ÇL-də cəmi 2 qol buraxan “Yuventus”un öz meydanında üstünlüyü əldən verəcəyi inandırıcı deyil. 


Çempionlar Liqası
1/2 final, cavab oyunu

9 may

“Yuventus” - “Monako” 
İlk oyun - 2:0


10 may

“Atletiko” - “Real” 
İlk oyun - 0:3

Xatırladaq ki, ÇL-in finalı iyunun 3-də Kardiffdə keçiriləcək. qol.az

Xəbər xətti