Bakı-2017: Həndbol yarışları başlayır

09:51 - 9 May 2017 - İDMAN

Bu gün Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının həndbol yarışlarına start verilir. Trend-in məlumatına görə, yarışların ikinci günündə kişilər və qadınlardan ibarət komandaların qrup oyunları keçiriləcək. Azərbaycanın kişilərdən ibarət komandası Pakistan, qadınlardan ibarət millisi isə Kamerun yığması ilə qarşılaşacaq. Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları 8-22 may tarixlərində Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

Xəbər xətti