Bakı-2017: Türkiyə Əlcəzairlə bacarmadı

14:55 - 8 May 2017 - İDMAN

Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində futbol yarışları davam edir. Trend-in məlumatına görə, B qrupunda Əlcəzair və Türkiyə yığmaları qarşılaşıblar. "Bayıl Arena"da keçirilən oyunda Əlcəzair futbolçuları qalib gəliblər - 2:1. Xatırladaq ki, bu gün saat 18:30-da "Bayıl Arena"da Azərbaycan - Kamerun oyunu da keçiriləcək. Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları 8-22 may tarixlərində Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

Xəbər xətti