Ana səhifə
16 Noyabr 2018

Min ədəd zeytun ağacı əkildi - FOTO

Bu. IDEA Ictimai Birliyi, Xəzər rayonu icra hakimiyyəti və “Azərsun Holdinq” tərəfindən həyata keçirilib

 

İDEA İctimai Birliyinin təşəbbüsü  Xəzər rayon İcra Hakimiyyəti və Azərsun Holdinqin birgə təşkilatçılığı ilə Türkan qəsəbəsində ağacəkmə aksiyası keçirilib. “Azərsun Holdinq” şirkəti tərəfindən istehsal olunan “Zeytun bağları” markasanının bilavasitə iştirak etdiyi tədbir zamanı qəsəbə ərazisində 1000 ədəd zeytun ağacı əkilib. Ağacəkmə aksiyasında Xəzər rayon İcra Hakimiyyətinin və “Azərsun Holdinq”in məsul şəxslərinin də iştirak etdiyi aksiyada xidmət sahələrinin rəhbərləri ilə yanaşı, rayon idarə, təşkilat kollektivləri,  ümumilikdə 100 nəfərdən artıq insan qatılıb. Hər kəs tərəfindən bəyənilən  “Zeytun bağları”  markası ölkəmizin müxtəlif ərazilərində minlərlə zeytun ağacının əkilərək, həmin yerlərin yaşıllaşdırılmasında  müstəsna rol oynayır. Bundan əlavə, bu milli markamız yüksək keyfiyyəti ilə xarici bazarlarda da rəğbətlə qarşılanır və  Abşeron zeytunun bütün dünyaya tanıdılmasına böyük töhvə verir. Qeyd edək ki, mütəmadi olaraq ağacəkmə aksiyalarına qoşulan və ekoloji layihələrdən kənarda qalmayan “Azərsun Holdinq”in gələcəkdə də bu tipli işlərə yaxından dəstək verəcəyi bildirilib.

 

Tarix
18 Noyabr 2014 [13:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin