Ana səhifə
21 Oktyabr 2018

Sabaha olan hava məlumatı 30° isti

Sabah ölkə ərazisində müşahidə ediləcək hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 8-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz, bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 13-16° isti, gündüz 25-30° isti, Bakıda gecə 13-15° isti, gündüz 25-29° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacağı gözlənilir. Lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Tarix
7 May 2017 [12:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin