Elmar Məmmədyarov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Kabinet rəhbərini qəbul edib

16:19 - 5 May 2017 - SİYASƏT

Xarici işlər naziri Elmar Məmmədyarov 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Kabinet rəhbəri Mario Lubetkini qəbul edib. XİN-nin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanla FAO arasında qurulmuş əməkdaşlıq təqdir edildi və təşkilatın ölkəmizdə həyata keçirdiyi layihələr və onların nəticələri müzakirə edilib.
Görüşdə, həmçinin, Bakı prosesinin əhəmiyyəti qeyd olundu və bu vacib platformanın davamı kimi keçiriləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər dünyada sülh və stabilliyə nail olmaq üçün dialoqun əhəmiyyətini və beynəlxalq təşkilatların rolunu xüsusi vurğulayıblar.

Xəbər xətti