İki avtomobil toqquşdu: biri azyaşlı olmaqla iki nəfər yaralanıb - Mingəçevirdə

13:41 - 5 May 2017 - HADİSƏ

Mingəçevir şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Müslim Maqamayev prospektində qeydə alınıb. “VAZ-2101”, “Nissan-Sunny” və “Toyota-Prado” markalı avtomobillərin toqquşması nəticəsində biri azyaşlı uşaq olmaqla iki nəfər xəsarət alıb. Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Acil şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, yol qəzası zamanı xəsarət alan üç yaşlı uşağa kəllə-beyin travması, körpücük sümük və qabırğa sınıqları diaqnozu qoyulub, vəziyyəti kafidir. Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırmalara başlanılıb.(“Report”)

Xəbər xətti