Ağsuda atın yüyəni 15 yaşlı oğlanın boğazına dolaşaraq onu boğub

11:15 - 5 May 2017 - HADİSƏ

Ağsu rayonunun Şahbəyli kəndində yeniyetmə bədbəxt hadisə nəticəsində xəstəxanaya yerləşdirilib. 2002-ci il təvəllüdlü, Həşimov Həmzə Seymur oğlu at sürərkən heyvanın yüyəni onun boynuna dolaşıb. Nəticədə H.Həşimov boğulma vəziyyətində atdan yerə yıxılıb. Yaxınları onu 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriblər. Həkimlər xəstənin vəziyyətini ağır qiymətləndirirlər. Ağsu rayon Polis şöbəsində hadisənin dəqiq hansı səbəbdən baş verdiyi araşdırılır.("Report")

Xəbər xətti