Ana səhifə
20 İyul 2018

Azərbaycan Prezidenti: “Ermənistan beynəlxalq hüquq normalarını kobud surətdə pozur”

"Avropa Oyunlarını başqa ölkələr qəbul etmirdi. Azərbaycan təklif etdi ki, bu Oyunlara ev sahibliyi edir. 5 min atletdən ibarət olan komandalar Bakıya gəldi. Bu, dini tolerantlığı göstərir. Həmin oyunlar yüksək səviyyədə keçirildi. Hər kəs razı qaldı. Bu il isə İslam Həmrəyliyi Oyunları keçiriləcək, 3 min atlet Bakıya gələcək. Bizə birlik lazımdır. Əfsuslar olsun ki, müsəlman ölkələri terrordan əziyyət çəkir". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan islamafobiyaya qarşı mübarizə aparan ölkələrdəndir: "Beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik. Qarşılıqlı hörmətə əsaslanan əlaqələr olmasa, bu, mümkün olmaz. Biz nəinki düzgün yoldayıq, həmçinin irəliyə doğru addım atırıq. Azərbaycan 25 ildir ki, müstəqil ölkədir. Azərbaycan indiki qədər heç vaxt güclü olmayıb. Xalqımız öz ənənəvi köklərinə bağlıdır. Yeganə problemimiz Ermənistanın təcavüzüdür. Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilib, 1 milyona yaxın insan qaçqın və məcburi köçkün düşüb. Onlar işğal edilmiş torpaqlarda hər şeyi yerlə yeksan ediblər. Biz isə erməni kilsəsini qoruyuruq. Ermənistan beynəlxalq hüquq normalarını kobud surətdə pozur. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri gün ərzində, hətta saatlar içində icra olunur. Amma bizə gələndə icra olunmur. Bu münaqişədə Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir".

Tarix
5 May 2017 [11:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin