Putin Ərdoğanla zarafatlaşdı - “Səninkilər işləmək istəmirlər”- VİDEO

17:38 - 3 May 2017 - DÜNYA

Rusiya və Türkiyə prezidentlərinin Soçidə başlayan görüşündə maraqlı anlar yaşanıb. “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğanın nümayəndə heyətində olanlardan biri xeyli müddət özünə yer tapa bilməyib. Harada əyləşəcəyinə qərar verə bilmədiyi üçün prezidentlər söhbətə başlamaq üçün onu gözləməli olublar. Vladimir Putin isə yaranmış vəziyyətlə bağlı həmkarı ilə “səninkilər işləmək istəmirlər”, - deyə zarafatlaşıb. 

Xəbər xətti