Moskva-Antalyaya təyyarəsi geri qayıtdı - Quşlar uçmağa qoymadı

14:46 - 3 May 2017 - HADİSƏ

“Turkish Airlines” aviaşirkətinə məxsus Moskva-Antalya reysi ilə uçuş həyata keçirən təyyarə məcburi eniş etməli olub. Vnukovo hava limanından qalxdıqdan qısa müddət sonra təyyarə quş dəstəsi ilə toqquşub. Nəticədə pilotlar təyyarəni geri qaytarmaq qərarına gəliblər. Hava limanının məlumatına görə, xəsarət alan olmayıb və sərnişinlər başqa təyyarə ilə uçuşu davam etdirəcəklər. (Trend)

Xəbər xətti